Vyetnamın paytaxtı Hanoyda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında ən azı 30 nəfər həyatını itirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanğının baş verdiyi 9 mərtəbəli binada təxminən 150 nəfərin yaşadığı açıqlanıb.
Alov binanı mühasirəyə alanda bəzi insanlar pəncərədən atılıb. Yanğının səbəbi hələlik məlum deyil.