Çində daha bir dövlət rəsmisinin yoxa çıxdığı iddia edilib.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin müdafiə naziri Li Şanfunun təxminən 2 həftədir ictimaiyyət arasında görünməməsi diqqət çəkib. O, sonuncu dəfə avqustun 29-da Pekində keçirilən forumda çıxış edib.

Çinli nazir bundan sonra heç bir tədbirə qatılmayıb və ictimaiyyət arasında görünməyib.

Məsələ ilə bağlı Pekin administrasiyasından hələlik rəsmi açıqlama verilməyib.  Digər bir məlumata görə, 15 gündür xəbər alınmayan nazir Linin həbsdə ola biləcəyi iddia edilir.

Xatırladaq ki, bundan əvvəl Çinin sabiq xarici işlər naziri Tsin Qan nikahdan kənar əlaqələri barədə xəbər yayıldıqdan sonra yoxa çıxmışdı. 

Gülayə Mecid