"Roma Statutu ratifikasiya olunacaq".

"Unikal" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, hökumətin Roma Statutunu parlamentə göndərdiyini və müzakirələrdən sonra ratifikasiya olunacağını bildirib.

“Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, bu yalnız Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır", - Paşinyan əlavə edib.

2022-ci ilin sonunda Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb.

Bundan əvvəl sənədin ratifikasiya olunacağı təqdirdə rəsmi İrəvanın Rusiya rəhbərliyinin ölkəyə daxil olarkən həbs ediləcəyi ilə bağlı məlumatlar yayılıb.