ABŞ prezidenti Co Bayden Vyetnam dövlət başçısı ilə görüşü ilə bağlı paylaşıma başqa bir siyasətçi ilə olan şəklini yerləşdirib.

"Unikal" xəbər verir ki, “New York Post” qəzetinin yazdığına görə, ABŞ prezidenti sosial media platforması “X” hesabındakı paylaşımında  vyetnamlı həmkarı ilə görüşündə başqa bir vyetnamlı siyasətçinin fotosundan istifadə edib.

Bayden yazıb: “Vo Van Thuong ilə belə məhsuldar görüşə görə təşəkkür edirik. Bu tərəfdaşlıq xalqlarımızın potensialını və bir sıra inanılmaz imkanları açmaq məqsədi daşıyır."

ABŞ prezidenti Vyetnam parlamentinin sədri Vuong Dinh Hue ilə təbrik şəklinin yer aldığı səhv yazı daha sonra silinib.