"ABŞ Gürcüstanda Amerika hərbi bazasının yaradılmasını təklif etməyib".

"Unikal"
xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.

Bununla da ABŞ-ın Gürcüstandakı səfirliyi Amerika bazaları ilə bağlı mətbuatda yayılan məlumatlara cavab verib.

“ABŞ-Gürcüstan müdafiə əlaqələri qarşılıqlı fəaliyyətin gücləndirilməsinə və Gürcüstanı gələcək təcavüzün qarşısını almaq və suveren ərazisini qorumaq üçün dəstəkləməyə əsaslanıb. Hazırda bu davam edir və Gürcüstanı NATO üzvlüyünə daha yaxşı hazırlayır. KİV-də yayılan məlumatlara aydınlıq gətirmək üçün ABŞ Gürcüstanda Amerika hərbi bazasının yaradılmasını təklif etməyib”, – səfirliyin bəyanatında deyilir.