Ermənistanın Probasiya Xidmətinin rəhbəri Gevorq Simonyan vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan qərar imzalayıb. Simonyan sentyabrın 15-də vəzifəsindən uzaqlaşdırılacaq.

Xatırladaq ki, o, 2019-cu ildə Probasiya Xidmətinə rəhbər təyin edilib.