Braziliya Beynəlxalq Cinayət Məhkəməsində iştirak qərarına yenidən baxa bilər.
"Unikal" xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin ədliyyə və ictimai təhlükəsizlik naziri Flavius Dinu bildirib.
"Beynəlxalq Cinayət Məhkəməsi Braziliyanın hüquq sisteminə daxil edilib, lakin bir çox ölkələr, o cümlədən ən güclü dövlətlər bunu etməyiblər. Çünki müxtəlif ölkələrdə bu alətin tətbiqində bərabərlik yoxdur”, – G1 portalı ondan sitat gətirib .