"Bizə Qərblə körpülər tikmək lazım deyil, çünki o körpülər həmişə olub"

"Unikal" xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Politico Europe” jurnalına müsahibəsində bildirib. 

O qeyd edib ki, biz ABŞ-la çoxdan strateji dialoqa başlamışıq, bundan əvvəl də hərbi təlimlər keçirilib. 

“Biz Rusiya və KTMT ilə münasibətlərimizlə bağlı tam şəffafıq. Biz Ermənistanın dövlət maraqlarını rəhbər tuturuq. Ermənistan çox ciddi təhlükəsizlik problemləri olan ölkədir, lakin biz təhlükəsizlik problemlərinin suverenlik və müstəqilliyi gücləndirməklə həllini görürük”, - Paşinyan qeyd edib. 

Baş nazirin sözlərinə görə, qonşularla problem yaşayacağımız halda, kim olmasından asılı olmayaraq başqalarını bizi qorumağa dəvət edəcəyik. 

"O başqaları istəsələr də kömək edə bilməyəcəklər, ona görə də bizim strategiyamız bu vəziyyəti və ya xaricdən yardıma ehtiyacdan asılılıq səviyyəsini mümkün qədər azaltmağa çalışmaqdır" deyə baş nazir bildirib.