Liviyanın şimal-şərq bölgələrində yağan yağış və daşqınlar nəticəsində ölənlərin sayı 8 mini keçib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Nümayəndələr Palatasının (parlament) müşaviri məlumat verib.

“Liviyanın şimal-şərqində təbii fəlakət nəticəsində ölənlərin sayı 8 mini ötüb”, - deyə “Al Arabiya” telekanalı onun sözlərindən sitat gətirib. Müşavir əlavə edib ki, onun məlumatlarına görə, “hazırda itkin düşənlərin sayı 10 mini ötüb”.

Daha əvvəl Liviyanın şimal-şərqində 7 min insanın daşqınların qurbanı olduğu bildirilirdi.Öz növbəsində, təbii fəlakətdən Liviyanın digər yaşayış məntəqələrindən daha çox zərər çəkmiş Derna şəhərinin bələdiyyə başçısı Əl Ərəbiyyəyə bildirib ki, “şəhər hakimiyyəti bölgədə yağış və daşqın qurbanlarının sayının 20-minə çatacağını gözləyir”