Mərakeşdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2946 nəfərə çatıb.

"Unikal" "Maghreb Arabe Press" agentliyi niə istinadən xəbər verir ki, krallığın Daxili İşlər Nazirliyinin  məlumatına görə, ən azı 5674 nəfər xəsarət alıb.

Ən çox qurbanların sayı Əl-Hövz (1684) və Tarudant (980) əyalətlərində qeydə alınıb.