Xəbər verdiyimiz kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

"Unikal" bildirir ki, xarici KİV İranın XİN rəhbərinin erməni həmkarına irad tutduğunu yazıb. 

Belə ki, Abdullahian Ermənistanda keçirilən erməni-amerikan hərbi təlimlərinə toxunaraq deyib ki, Tehran regionda hər hansı xarici qüvvələrin olmasını regionda vəziyyəti çətinləşdirən amil kimi qiymətləndirir. Nazir həmçinin vurğulayıb ki, hərtərəfli sülhə nail olmağın ən səmərəli yolu regional dialoq və mexanizmlər, o cümlədən "3+3" formatıdır.

***00:41

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Həmsöhbətlər ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər.

Onlar müxtəlif beynəlxalq platformalarda və müxtəlif formatlarda dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Nuranə Abbasova