Bratislavanın (Slovakiya) mərkəzində hökumət binası qarşısında keçmiş baş nazir İqor Matoviç və keçmiş daxili işlər naziri Robert Kalinak arasında dava baş verib.

"Unikal" xəbər verir ki, davaya səbəb mitinq keçirməklə bağlı yaranan münaqişə olub.

Münaqişə miqrasiya məsələlərinə həsr olunmuş mətbuat konfransı zamanı yaranıb.

“Adi insanlar və müstəqil fərdlər” partiyasına rəhbərlik edən İqor Matoviç damında səsgücləndiricilər olan avtomobililə əraziyə gəlib və tədbir iştirakçılarını, sosial demokratları, xüsusən də DİN-in keçmiş rəhbərini kəskin tənqid edib.

Kaliniyak avtomobilə yaxınlaşıb və mikrofonu Matoviçdən almağa çalışıb.

Sabiq baş nazir cavab olaraq Kalinakı təpikləyib. Polis davaya müdaxilə edib.