Vyetnamın Hanoy şəhərinin Thanh Xuan rayonunda yaşayış kompleksində baş verən yanğın nəticəsində azı 56 nəfər ölüb, 37 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki,  bu  barədə TASS məlumat yayıb.

Nəşrin məlumatına görə, ölənlərdən 39 nəfərin şəxsiyyəti artıq müəyyən edilib. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə məlumat verilmir. Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır.

Gülayə Mecid