Rusiyanın Saratov vilayətinin Qırmızı Oktyabr kəndi yaxınlığında qaz kəmərində yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rayon Baş İdarəsi məlumat yayıb. 

Qeyd olunub ki, yanğın 2 hektar sahəyə yayılıb. 

Qaz kəmərindəki yanacağın əhali üçün nəzərdə tutulmadığı bildirilib. 

Ağarza Elçinoğlu