İsrail Ukrayna prezidenti Volodimir Zelenskini ölkədə böyük nüfuza malik böyük beynəlxalq lider hesab edir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Knessetin deputatı Zeev Elkin Ukrayna mətbuatına müsahibəsində deyib.  

"Bizim onunla şəxsi müstəvidə yaxşı münasibətimiz var, bu, hələ müharibə başlamazdan əvvəl formalaşıb. Biz ona çox hörmət edirik və qiymətləndiririk", - Elkin izah edib.

Bundan əvvəl Rusiya lideri Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenskini “yəhudi xalqı üçün biabırçılıq” adlandırmışdı, çünki onun sözlərinə görə, bəzi yəhudilər Ukrayna prezidentini öz xalqına layiq olmayan hesab edirlər.

Gülayə Mecid