KXDR lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı onu Şimali Koreyaya səfərə dəvət edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidenti dəvəti qəbul edib.

"Ziyafətdən sonra Kim Çen In prezident Putini münasib vaxtda Koreya Xalq Demokratik Respublikasına səfərə dəvət etdi. Prezident Putin dəvəti məmnuniyyətlə qəbul etdi", - deyə "Koreyanın Səsi" bildirib.

Qeyd edək ki, KXDR və Rusiya liderləri sentyabrın 13-də Vostoçnıy kosmodromunda görüşüblər. 

Ağarza Elçinoğlu