ABŞ Senatında texnoloji nəhənglərin liderlərinin iştirakı ilə iclas keçirilib, iclasda süni intellektin (AI) riskləri, qaydaları və gələcəyi ilə bağlı məsələlər müzakirə olunub. 

"Unikal" CNN-ə istinadən xəbər verir ki, iclasda Bill Qeyts, İlon Mask, Mark Zukerberq və digər İT nəhəngləri iştirak edib. 

İclasda vətəndaş cəmiyyəti liderləri və 60-dan çox senator da olub. 

Üç saat davam edən görüşdən sonra "Tesla"nın sahibi İlon Mask jurnalistlərə deyib: "Sıfırdan yuxarı bir şans var ki, süni intellekt hamımızı öldürəcək. Düşünürəm ki, ehtimal azdır, amma bir ehtimal var. Süni intellektdən sui-istifadənin nəticələri ağır olacaq".

Aralarında şəxsi ədavət olan Mask və Zukerberqin eyni iclasda uzaq yerlərdə oturması da diqqətdən yayınmayıb. 

Ağarza Elçinoğlu