20 yaşlı belçikalı tələbə 5 gün əvvəl bişirdiyi makaronu yedikdən sonra ölüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt gənc makaron yedikdən sonra şiddətli baş və mədə ağrıları, həmçinin ishal və qusma şikayətləri ilə xəstəxanaya müraciət etmək əvəzinə yatmağa üstünlük verib. 

Ertəsi gün dərsə getməyən AJ adlı oğlan ailəsi tərəfindən yatağında ölü tapılıb. Yarılma nəticəsində məlum olub ki,  AJ qaraciyər nekrozu və kəskin pankreatitdən dünyasını dəyişib.

Gülayə Mecid