Serbiya və Kosovo liderləri yüksək səviyyəli dialoq üçün Brüsseldə görüşüblər.

"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "X" platformasında ("Twitter") bildirib.

"Brüsseldə Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovo Baş naziri Albin Kurtini Yüksək Səviyyəli Dialoq Görüşü üçün qəbul edirəm. Normallaşma yolunda Sazişin həyata keçirilməsinə ciddi şəkildə başlamağın vaxtıdır. Bu gün onların məsuliyyəti öz üzərinə götürməyə hazır olub-olmadığını görəcəyik", - Borrell paylaşımında qeyd edib.