Moskva Qarabağda davam edən gərginlikdən narahatdır, Bakı və İrəvanla təmaslarını davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.   

"Əlbəttə, biz bəzi sahələrdə gərginliyin səngiməməsindən və hətta artmağa meylli olmasından narahatıq. Hər şeyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Biz həm İrəvan, həm də Bakı ilə əlaqələrimizi davam etdiririk. Və təbii ki, biz hər iki tərəfi təmkin göstərməyə və iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda hərəkət etməyə çağırırıq. Təbii ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq”, - o,Qarabağda artan gərginliklə bağlı sualı cavablandırarkən deyib.

Gülayə Mecid