Bursada Təcili Tibbi Yardım xidməti üzərindən tullanmaq istədiyi tikanlı məftillərə ilişərək ayağından yaralanan toyuğa yardım edib. 

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, tibb heyəti toyuğun qanayan ayağını görüncə onu təcili yardım maşınına aparıb. 

Toyuğun ayağına sarğı qoyulduqdan sonra həyətə buraxılıb.