Kiyevin Peçerski rayon məhkəməsi dövlətə xəyanətdə təqsirləndirilən Ali Radanın deputatı Nestor Şufrişi girov hüququ olmadan iki ay müddətinə həbs edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, prezident Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko bildirib ki, Ukraynanın baş prokuroru Andrey Kostin hazırda Ukraynada fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması - Həyat naminə” partiyasından parlamentə seçilən Şufriçə qarşı xəyanət ittihamı irəli sürüb.

*** 17:07

Ukraynanın xalq deputatı Nestor Şufriç dövlətə xəyanətdə şübhəli bilinir. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb. 

Məlumata görə, hüquq-mühafizə orqanları Şufriçin Ukrayna əleyhinə fəaliyyətinə dair əsaslandırılmış sübutlar toplayıb: "Şufriç FSB agenti, Rusiya Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Vladimir Sivkoviçlə sıx əməkdaşlıq edib və onun tapşırıqlarını yerinə yetirib. Onun vəzifəsi Ukraynadakı rus agentlərini koordinasiya etmək idi".

Hazırda Şufrixin yaşadığı yerdə və ona yaxın şəxslərdə 45 axtarış aparılır. İbtidai istintaq davam edir. Deputatı 15 ilə qədər həbs gözləyir. 

Ağarza Elçinoğlu