ABŞ İranın 3 aparıcı mediasına qarşı sanksiya tətbiq edib. Sanksiya siyahısına İranda olan 25 nəfər də daxildir.

"Unikal" xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi "Fars" və "Tasnim" xəbər agentliklərini, həmçinin "Press TV" kanalını sanksiyalar siyahısına əlavə edib.

İranda İT şirkəti "Yaftar Pazhohan Pishtaz Rayanesh" və 25 şəxsə qarşı da sanksiyalar tətbiq edilib.