Mərhum şahzadə Diananın üzərində qoyun təsvirləri olan koftası "Sotheby's Fashion Icon" hərracında rekord məbləğə - 1,14 milyon dollara satılıb.

"Unikal" xəbər verir ki, bu barədə "İnsider" məlumat yayıb.

"Sotheby's" açıqlamasında sviterin 44 təklif aldığını və 15 dəqiqəlik mübarizədən sonra qiymətinin 190 min dollardan 1,14 milyon dollara yüksəldiyini bildirib.

Kofta indiyə qədər satılan ən bahalı geyim əşyası olub.

Kofta ingilis markası "Warm & Wonderful" tərəfindən istehsal olunub. 1981-ci ildə Şahzadə Diana sviteri geyinəndə o, hələ də kiçik bir marka idi və satınalma şirkətə böyük təsir göstərmişdi.

Nuranə Abbasova