"Amerika lideri Co Baydenin Mərkəzi Asiyadan olan həmkarları ilə gözlənilən görüşü heç bir ölkəyə qarşı yönəlməyib və “pozitiv gündəmə” malikdir".

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. 

“Bu sammit heç bir ölkəyə qarşı yönəlməyib. Bu, bizim bu ölkələrlə işləmək istədiyimiz müsbət gündəmlə bağlıdır”, - deyə Sallivan bildirib.

Baydenin müşaviri qeyd edib ki, görüşün yekununda birgə iş sahələrini müəyyənləşdirən bəyanatın qəbul edilməsi planlaşdırılır. Onun sözlərinə görə, Birləşmiş Ştatlar “bunun effektiv şəkildə həyata keçirilməsi üçün bəzi resurslar gətirmək” niyyətindədir.

Qeyd edək ki, gələn həftə  ABŞ, Qazaxıstan , Qırğızıstan , Özbəkistan , Tacikistan və Türkmənistan prezidentlərinin iştirakı ilə Nyu-Yorkda ilk dəfə C5+1 sammiti keçiriləcək .