Sentyabr ayında Texasdakı aviabazada ukraynalı pilotların və F-16 qırıcılarının təlimi üçün texniki heyətin “dil” təliminə başlanacaq.

"Unikal" xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat məlumat verib.

"Biz bunu çoxdan gözləyirdik. ABŞ-də olmasa, harda? Onlarda ən yaxşı pilot təlim bazası var. Ona görə də biz həqiqətən ABŞ-yə ümid edirik, çünki orada təlimatçılar, baza və daha çox pilotu əhatə etmək üçün imkanlar var”.

 Bu təlimin keçiriləcəyi ölkələrin sayı daha da artacaq.