Türkiyə ordusu İraqın şimalında hava əməliyyatı keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 13 və 15-də İraqın şimalında həyata keçirilən hava əməliyyatlarında aralarında məsul terrorçular da daxil olmaqla, onların istifadə etdiyi 31 hədəf məhv edilib.