Çexiyanın paytaxtı Praqada Vatslav meydanında hakimiyyətin siyasətinə qarşı ilk mitinq başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə yerli ČTK agentliyi məlumat yayıb.

"Tədbirin təşkilatçıları yaz aksiyaları ilə müqayisədə mitinqin devizini dəyişdilər, “ Çexiya yoxsulluğa qarşı” əvəzinə indi “Çexiya hökumətə qarşı” yazılır”, - media aydınlıq gətirib.

İzah edilir ki, mitinqin əsas təşkilatçısı, “Sağ” partiyasının lideri Cindrix Reyxl etirazçıları Nazirlər Kabinetinin fəaliyyətindən narazılıqlarını bildirməyə çağırıb.

Narazılığın səbəbləri arasında fəal iqtisadi islahatları göstərib. Mitinqin təşkilatçıları mitinqdə 100 minə qədər insanın iştirak edəcəyini açıqlayıb.