Türkiyə hərbçiləri Suriyanın şimalında müxalif qüvvələrlə “Cəbhət ən-Nusra” təşkilatı arasında toqquşmaların baş verdiyi təhlükəsizlik zonasında mövcudluğunu gücləndirib.

"Unikal" xəbər verir ki, “Asharq Al-Awsat” qəzeti “Cəbhət ən-Nusra” silahlılarının ələ keçirməyə çalışdığı Kfar Cinna bölgəsinə Türkiyənin zirehli texnikası və əlavə hərbi qüvvələrinin göndərildiyini yazıb.

Döyüşlər, həmçinin Əl-Hamran sərhəd keçid məntəqəsi yaxınlığındakı Cerabulus yaxınlığında da gedir.