İtaliya Ordusunun Baş Qərargah rəisi Cüzeppe Kavo Draqone NATO Hərbi Komitəsinin yeni sədri seçilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının bəyanatında deyilir.
“16 sentyabr 2023-cü ildə NATO-nun müdafiə nazirləri NATO Hərbi Komitəsinin hazırkı sədri admiral Rob Bauerin mandatının daha altı ay uzadılması və onun xələfinin İtaliyanın Müdafiə Baş Komandanı admiral Cüzeppe Kavonun seçilməsi barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd olunub.