Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu "Yuventus"u məhkəməyə verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu keçmiş komandasını ona maaş verməməkdə ittiham edib.
Bildirilib ki, koronavirus pandemiyası zamanı qarşılıqlı razılaşma əsasında futbolçunun maaşı dondurulub. İndi Ronaldu ona çatacaq 19 milyon 900 min avro məbləği tələb edir.