Türkiyənin İzmir şəhərində meşə yanğınına müdaxilə edən helikopter qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Helikopter Tahtalı bəndinə çırpılıb. Helikopterdə 4 ekipaj üzvü olub.
Kənd təsərrüfatı və meşə naziri Yumaklı 4 ekipaj üzvündən birinin xilas edildiyini, 3 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.