Çinin Honkonq xüsusi inzibati ərazisində ikimərtəbəli avtobus ilə avtokranın toqquşması nəticəsində 34 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, günorta saatlarında baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan dördünün vəziyyəti ağırdır. Bildirilir ki, avtobus yolda xarab olub qalan avtokrana çırpılıb.

Hadisədən sonra qəzanın baş verdiyi küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.