Kanada sahillərində güclü zəlzələ olub.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

5.6 bal gücündə olan zəlzələnin episentri əhalisi təxminən 2 min nəfər olan Port-Makneyll şəhərindən 228 km qərbdə yerləşib. Zəlzələ 10 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.