ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və Çinin xarici işlər naziri Vanq Yi sentyabrın 16-17-də Maltada danışıqlar aparıb. Burada Ukrayna və Tayvandakı vəziyyəti müzakirə ediblər, həmçinin təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin yaydığı yazılı bəyanatda deyilir.

Bildirilir ki, tərəflər ABŞ-Çin münasibətlərindəki əsas məsələləri, qlobal və regional təhlükəsizlik məsələlərini, Ukraynadakı münaqişəni, Tayvan boğazı ilə bağlı məsələləri və digər mövzuları müzakirə ediblər. "Birləşmiş Ştatlar Tayvan Boğazında sülh və sabitliyin vacibliyini qeyd edib. Hər iki tərəf bu strateji kommunikasiya kanalını qoruyub saxlamağa və ABŞ ilə Birləşmiş Ştatlar arasında münasibətlərin əsas istiqamətləri üzrə yaxın aylarda əlavə yüksək səviyyəli təmaslar və məsləhətləşmələr aparmağa söz verib”, - sənəddə deyilir.

Ağ Ev əlavə edib ki, Sullivan və Vanq Yi arasındakı danışıqlar “açıq, əsaslı və konstruktiv” olub və “son G20 sammiti zamanı ABŞ prezidenti Co Bayden və Çin sədri Si Tszinpin arasında keçirilmiş görüşün nəticələri əsasında qurulub. “Maltadakı görüş açıq kommunikasiya kanallarını saxlamaq və ABŞ-Çin münasibətlərini məsuliyyətlə idarə etmək üçün davam edən səylərin bir hissəsi idi”- qeyd olunur.

Ağ Evin xatırlatdığı kimi, Sullivan və Vanq Yi may ayında Vyanada görüşüblər.