Ukrayna Baş Qərargahı rus işğalçılarının hərbi itkiləri ilə bağlı məlumat dərc edib. 

 "Unikal" xəbər verir ki, məlumata 24 fevral 2022-ci ildən, 17 sentyabr tarixinə qədər mövcud olan məlumatlar daxildir.

Qeyd olunur ki, təkcə son 24 saat ərzində müdafiə qüvvələri 530-a yaxın əsgər, 4 tank və 15 artilleriya sistemini məhv edib.

Rusiya silahlı qüvvələrinin ümumi itkiləri aşağıdakılardır:

Əsgər- təxminən 272.320;

Tank - 4 620;

Zirehli texnika - 8828;

Artilleriya sistemi - 6003;

Raket sistemi - 776;

Zenit döyüş sistemi - 523;

Təyyarələr - 315;

Helikopter - 316;

Pperativ-taktiki pilotsuz uçuş aparatı - 4 742;

Qanadlı raketlər - 1 455;

Avtomobil avadanlığı və yanacaq çənləri - 8 537;

Gəmi/qayıq - 19;

Xüsusi texnika - 896.