Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində ətraf mühitə dəymiş ziyan 57 milyard dollara çatıb.

"Unikal" xəbər verir ki, bunu ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strilets müharibənin ətraf mühitə təsirləri üzrə beynəlxalq işçi qrupunun iclasında bildirib .

"Son 2,5 ayda ətraf mühitə dəymiş zərərin həcmi təxminən 1,5 milyard dollar artıb. Bu, 57 milyard dollar təşkil edir. Bu isə yekun rəqəmlərdən çox uzaqdır", - hesabatda deyilir.