Çin 24 saat ərzində Tayvana 103 hərbi təyyarə göndərib.

"Unikal" AP-a istinadən xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, təyyarələr bazar günü səhər saat 6-dan bazar ertəsi səhər saat 6-ya kimi aşkar edilib. Onların Tayvana çatmamış geri döndükləri dəqiqləşdirilir.

Departament onu da bildirib ki, ada yaxınlığında Çin təyyarələrinin sayı son vaxtlar rekord həddə çatıb.