Çeçenistan rəhbəri Ramzan Kadırov yağış altında gəzintisinin videosunu yayıb. 

"Unikal"ın məlumatına görə,  o, bununla da "Kadırov öldü" xəbərlərinə aydınlıq gətirib.  

Bundan əvvəl Ukrayna mediası və çeçen müxalifətçiləri onun “komada” olduğunu, hətta “öldüyünü” bildiriblər.  

Kadırovun xəstəliyi ilə bağlı şayiələr sentyabrın 15-dən yayılmağa başlayıb. Çeçenistan müxalifətinin "NIYSO Telegram" kanalı respublika rəhbərinin “komada” olduğunu bildirib. Sonra Ukraynanın "Obozrevatel" nəşri çeçen diasporasında adı açıqlanmayan mənbələrə istinadən onun "bir neçə gündür" komada olduğunu və həkimlərin "kömək edə bilmədiyi " Moskvaya aparıldığını bildirib.  Çeçenistan liderinin ölümünü müxalifətçi Abubakar Yanqulbayev elan edib. 

Gülayə Mecid