Çinin xarici işlər naziri Vanq Yi Rusiyaya 4 günlük səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində təhlükəsizlik məsələləri üzrə danışıqlar aparılacaq: "Vanq Yi Rusiyaya strateji təhlükəsizlik üzrə Çin-Rusiya məsləhətləşmələrinin 18-ci raundu üçün gələcək. Səfər Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə sentyabrın 18-21-də baş tutacaq".
Ağarza Elçinoğlu