UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının final oyununun Səudiyyə Ərəbistanında keçirilməsi ehtimalı haqda danışıb.
"Unikal" xəbər verir ki, sloveniyalı funksioner belə bir variantı düşünmədiklərini deyib:
"İndi Çempionlar Liqasının finalının Ər-Riyadda keçirilməsiylə bağlı hər hansı ehtimal yoxdur. Bir dəfə müsahibə verəndə soruşmuşdular ki, ÇL finalı növbəti 20 il ərzində Nyu-Yorkda keçirilə bilərmi? Cavabımda belə variantın olduğunu demişdim.
Növbəti gün manşetlərdə 2026-cı ildə finalın Nyu-Yorkda olacağı idi. İndoneziyalı jurnalist soruşdu ki, Cakardada final mümkündürmü? Yenə eyni cavabı verəcəkdim. Amma indi deyirəmki, Ər-Riyadda olmaq ehtimalı yoxdur. Nə desəm, manşetlərdə başqa şeylər olacaq. Ona görə belə cavab verirəm".
Qeyd edək ki, indiyədək UEFA Çempionlar Liqasının final oyunları Avropa şəhərlərində keçirilib.