Gürcüstanda vətəndaş iğtişaşlarının hakimiyyəti zorla dəyişdirmək üçün həm ölkədə, həm də xaricdə fəaliyyət göstərən bir qrup şəxs tərəfindən təşkil edilməsi planlaşdırılır. Planın müəlliflərindən biri Mixail Saakaşvilinin prezidentliyi dövründə Daxili İşlər Nazirliyinin rəis müavini olmuş Vano Merabişvili, digəri isə Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini Georgi Lortkipanidzedir. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Planı həyata keçirmək üçün Lortikpanidze gürcü əsilli insanlara, o cümlədən Gürcüstanın üçüncü prezidenti Mixail Baturinin mühafizəsinin keçmiş üzvü, həmçinin Saakaşvilinin yaxın çevrəsinin üzvü, gürcü legionunun komandiri Mamuka Mamulaşviliyə tabedir. 

Qeyd olunur ki, Gürcüstanda vətəndaş iğtişaşları xarici dövlətlərin koordinasiyası və maliyyə dəstəyi ilə planlaşdırılıb: "Dağıdıcı proseslərin başlanması tarixi cari ilin oktyabr-dekabr aylarıdır". 

Ağarza Elçinoğlu