“Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.

“Unikal”ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında qərara əsasən, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Kristal Zalı” MMC sözügedən siyahıya əlavə edilib.