ABŞ-nin Ermənistandakı səfirliyi diplomatik missiya işçilərini və onların ailələrini Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərə “vacib olmayan səyahətlərdən” çəkinməyə çağırıb.
“Unikal” xəbər verir ki, səfirliyin yaydığı bəyanatda deyilir:
“Səfirlik vəziyyəti yaxından izləməyə davam edir. ABŞ vətəndaşları Ermənistan və Azərbaycan sərhədi yaxınlığında ehtiyatlı davranmağa davam etməli, münaqişə zonasına və təmas xəttinə yaxın səfərlərdən çəkinməlidirlər”.