Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ikinci yeri tutub.

"Unikal" xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Bəhreyn təmsilçisi Axmed Tajudinova məğlub olub.

Bununla M.Maqomedov dünya çempionatının gümüş medalını qazanıb.

Qeyd edək ki, Maqomedxan Maqomedov finala yüksəlməklə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.