Rusiyanın Saratov vilayətində qrip və ARVI virusunun yayılması ilə əlaqədar 17 məktəb və bir uşaq bağçası karantinə bağlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə regional Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, üç uşaq bağçasında dörd qrup, həmçinin 83 məktəbdə 344 sinif qismən bağlanıb. 

Qeyd olunub ki, son bir həftə ərzində rayonda 11 mindən çox ARVİ halı qeydə alınıb.

Ağarza Elçinoğlu