"Ermənistanın "Hayastan" partiyasının deputatı Qeqam Manukyan hökumət binası yaxınlığında keçirilən mitinqdə xəsarət alıb. 

"Unikal" xəbər verir ki, bu barədə deputat Kristine Vardanyan "Facebook" səhifəsində yazıb. 

"Qeqam Manukyana tibbi yardım göstərilir. O, xəstəxanaya aparılıb", - deyə erməni deputatın həmkarı yazıb. 

Məlumata görə, Manukyanın burnu sınıb, göz nahiyəsində də zədə var. 

Ağarza Elçinoğlu