"Resurslarımızı qiymətləndirmək üçün son vaxtlar ən vacib suala cavab verməliyik: Rusiya regionu tərk edirmi? Biz bu məsələni dəfələrlə qaldırmışıq". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibəsində deyib. 

Qriqoryan qeyd edib ki, Rusiya əgər baş verən aksiyaların qarşısını almazsa, o zaman onun regiondan çıxmaq istəməsinə müsbət cavab vermək olar: "Əgər Rusiya regionda qalmaq istəyirsə, bunun qarşısını almaq üçün müəyyən addımlar atmalıdır. O ki qaldı Rusiya Federasiyasının "qoy bu Ermənistan hökuməti getsin, yeni hökumət gələcək, nəsə edəcəklər" deməsinə, Rusiya Ermənistanda hökumətin kim olacağına qərar vermir".

Ağarza Elçinoğlu