"Paşinyanın bəyanatları fonunda Azərbaycan faktiki olaraq öz ərazisində fəaliyyət göstərir". 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Konstantin Dolqov bildirib. 

Siyasətçinin sözlərinə görə, ən vacib şey Rusiya prezidenti Vladimir Putinin Şərq İqtisadi Forumunun plenar iclasında dedikləridir: "Praqada Paşinyan özü Qarabağı Azərbaycana aid edib. O , İrəvanın nöqteyi-nəzərindən Qarabağın statusunu kökündən dəyişdi. Yeni şəraitdə Rusiya sülhməramlılarının statusu da az müəyyənləşib, ona görə də onlardan heç bir möcüzə gözləməyə dəyməz.Onlar artıq dinc sakinlərin təxliyyəsinə köməklik göstərirlər və lazımi tədbirləri görürlər. Bu da vacibdir". 

O, həmçinin əlavə edib ki, Rusiyanın mövqeyi tezliklə atəşkəs və sülh danışıqlarına qayıtmaq zərurətindən qaynaqlanır: "Qafqazda qarant və təhlükəsizlik faktoru kimi Rusiyanı heç kim əvəz edə bilməz. Amma Paşinyan son vaxtlar dəfələrlə bildirib ki, o, nə Moskvanı, nə də Rusiyanı təhlükəsizliyin təminatçısı hesab etmir və Qərbdə başqa təminatlar axtarır. İndi kimsə buna zəmanət verə bilərmi? Mən buna ciddi şübhə edirəm". 

Ağarza Elçinoğlu