Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.

"Unikal" xəbər verir ki, XİN başçısını nümayəndə heyəti müşayiət edir. 

Qeyd edək ki, sentyabrın 19-dan 25-dək Nyu-Yorkda BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi keçiriləcək. 

Lavrov Baş Assambleyanın sessiyası çərçivəsində 20-yə yaxın ikitərəfli görüşlər keçirməyi, həmçinin beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparmağı planlaşdırır. 

Ağarza Elçinoğlu